Şirkətimiz 2021-ci ildən öz fəaliyyətinə başlamış bugünə qədər bir çox layihələrə imza atıb. Bizlər bu gün “Storm-Engineering” olaraq qarşımıza qoyduğumuz məqsədlərə artıq böyük ölçüdə nail olmuşuq. Hər zaman müştərilərin istək və arzularını həyata keçirmək, eyni zamanda müştəri məmnuniyyətini yüksək tutmaq, yüksək keyfiyyətdə xidmət göstərmək şirkətin əsas prioritetlərindən biridir.
“Storm-Engineering” şirkəti bütün biznes əməliyyatlarında sosial cəhətdən məsul təşkilat olmaq ideyasına sadiqdir. Bütövlük, şəffaflıq və hesabatlılıq “Storm-Engineering” şirkətinin Korporativ Məsuliyyət standartlarının mərkəzində yer alır. “Storm-Engineering” şirkəti müvəffəqiyyətin nüfuzun saxlanmasından yüksək dərəcədə asılı olduğunu anlayır, ona görə də bütün məsələlərdə şirkət miqyasında uyğunluq yüksək nəzarət altındadır və mütəmadi olaraq genişləndirilir.
“Storm-Engineering” şirkəti peşəkar davranışın ən yüksək standartlarına tabedir. Bizim Davranış Məcəlləmiz paylaşılan dəyərlərimizin təmsilçisidir. Mədəni məsələlər və peşəkar etika ilə bağlı bütün suallar və ya problemlər bütün təşkilat miqyasında açıq şəkildə həll edilə bilər. Davranış Məcəlləsinin güncəl saxlanılması və istənilən etika problemlərinin həlli üçün İllik Bütövlük proqramları icra olunur. “Storm-Engineering” şirkəti Davranış Məcəlləsinin və peşəkar normaların pozuntuları məsələsində sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərir. Bütün əməkdaşların Davranış Məcəlləsinin pozuntusunun nə demək olduğunu anladıqlarını təsdiqləyən müqaviləni imzalamaları tələb olunur.
Şirkətimizin 2021-ci ildə təsis edilməsinə baxmayaraq, təcrübəmiz 2011-cı illərin evvellerindən başlayır. Direktorumuz Sərdarov Elxan bu sahədə BP, AZFEN, SOCAR, STORK, XDS kimi böyük şirkətlərdə rəhbər vəzifələrdə çalışmış və zəngin təcrübə əldə etmişdir. Onun ünsiyyət bacarıqları və çalışqan əməkdaşları tanıması təcrübəsi “Storm-Engineering” şirkəti üçün təməl rolunu oynamışdır. Bu gün bizim zəngin təcrübəyə malik mühəndis və Əməliyyatlar heyətimiz var. Biz ən yüksək iş standartlarını təmin edirik və Keyfiyyətə Zəmanəti dəstəkləyirik.
© CENTER MMC 2021.